Azərbaycan millisinin baş məşqçisi rəsmən təsdiqləndi: Robert Prosineçki ilə 1 milyon 200 min avro qazanacaq

AFFA futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisini təsdiqlədi.

Trend xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında milli komandanın baş məşqçisi postuna Robert Prosineçki təsdiqlənib.Onunla üç il müddətinə müqavilə imzalanıb.

O, bu vəzifədə Berti Foqtsu əvəzləyib.

Jurnalistlərə açıqlama verən AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov deyib ki, R.Prosineçkinin qarşısına bu seçmə mərhələ üçün hansısa vəzifə qoyulmayıb: “Əsas məqsəd növbəti seçmə mərhələdə uğur qazanmaqdır”.

İ.Cavadov deyib ki, müqaviləyə əsasən, R.Prosineçki Azərbaycanda bir ilinə 1 milyon 200 min avro qazanacaq. O qeyd edib ki, sabiq məşqçi Berti Foqtsdan fərqli olaraq, Prosineçki millimizdə işlədiyi müddətdə əsasən Azərbaycanda yaşayacaq.

Azərbaycan milli komandasına baş məşqçi təyin edilən Robert Prosineçkinin köməkçilərindən ikisi azərbaycanlı olacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayev bildirib ki, onun digər iki köməkçisi isə əcnəbi olacaq.

Qeyd edək ki, Xorvatiya yığmasının sabiq üzvü R.Prosineçki Serbiyanın “Srvena Zvezda” klubunu çalışdırıb. Eləcə də Xorvatiya millisində Slaven Biliçin köməkçisi işləyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO