Azərbaycan Mərakeşdə su çatışmazlığı probleminin həllini müzakirə edir

7-11 dekabr 2014-cü il tarixlərində Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) birgə nümayəndə heyəti Mərakeş Krallığında səfərdə olub.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər Mərakeşin su çatışmazlığından əziyyət çəkən bölgəsində yerləşən Fiquiq şəhərində fəaliyyət göstərən kəhrizlərin vəziyyətinin öyrənilməsi və mövcud problemlərin aradan qaldırılması yollarının müzakirəsi məqsədini daşıyıb.

Səfər çərçivəsində nümayəndə heyəti Fiquiq şəhərinin icra hakimiyyətinin başçısı, yerli icmaların rəhbərləri ilə görüşlər keçirib və gələcək əməkdaşlıq imkanlarına dair müzakirələr aparıblar.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO