Azərbaycan İsveçrənin “Stadler ” şirkətindən yeni sərnişin vaqonları alacaq

Azərbaycan Nəqliyyat Nazirliyi və İsveçrənin “Stadler” şirkəti çərşənbə günü Bakıda yeni dəmiryol sərnişin vaqonlarının alqı-satqısı haqqında saziş imzalayacaqlar. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, saziş ölkəyə 30 yeni dəmiryol sərnişin vaqonlarının satışını nəzərdə tutur: “Yeni vaqonların alınması 2009-2014-cü illərdə Azərbaycanın dəmiryol nəqliyyatının inkişafı üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilir”.

Həsənov onu da qeyd edib ki, bu il Dövlət Proqramının reallaşdırılması müddəti başa çatır. Lakin buna baxmayaraq, hazırda yeni Dövlət Proqramının hazırlanması üzrə iş gedir, onun da beş illik olacağı ehtimal edilir.

Yeni sərnişin vaqonlarından 2015-ci ildə tam işə salınması planlaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsindən sonra istifadə olunacaq. İşçi tərkibdə dəmiryol magistralının işə salınması bu ilin sonuna nəzərdə tutulub.

Şöbə rəhbəri deyib ki, layihə çərçivəsində işlər həm Gürcüstan, həm də Türkiyə ərazisində başa çatma mərhələsindədir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO