Azərbaycan filmi “Palm Springs International ShortFest ” qısametrajlı film festivalının müsabiqə proqramında

Azərbaycanlı kinorejissor Teymur Hacıyevin “Yara” filmi ən nüfuzlu qısametrajlı film festivallarından biri olan ABŞ-ın “Palm Springs International ShortFest”in müsabiqə proqramına daxil olub.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Trend-ə verilən məlumata görə, sözügedən qısametrajlı film 2013-cü ildə “FIL PRODUCTION” və “Cinex Azerbaijan Film & Digital production” istehsalı olaraq İdarə tərəfindən “Nar Mobile” mobil operatorunun dəstəyi ilə həyata keçirilmiş “Üç tarix” adlı film layihəsi çərçivəsində cəkilib. Filmin baş rollarında gənc rejissor Elmar İmanov və məşhur aktyor Şamil Süleymanlı çəkiliblər.

Adıçəkilən layihənin məqsədi gənc Azərbaycan kinorejissorlarına dəstək olmaqdan, onlara özünüifadə imkanı yaratmaqdan, habelə ölkəmizin tarix-memarlıq irsinə marağın artırılmasından ibarət idi.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi layihənin reallaşdırılması üçün gənc sənətkarlara çəkiliş zamanı “İçərişəhər” və “Qala” qoruqları ərazisində müvafiq şərait yaradıb.

Qeyd edək ki, “Üç tarix” layihəsi nəticəsində tamaşaçıların diqqətinə üç film təqdim olunub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO