Azərbaycan Beynəlxalq Bankı və “Roseksimbank ” əməkdaşlığa dair saziş imzalayıblar

Azərbaycan Beynəlxalq Bankı (ABB) və “Roseksimbank” xarici iqtisadi sahədə əməkdaşlıq haqqında saziş imzalayıblar.

Trend xəbər verir ki, sənədi Azərbaycan tərəfindən ABB-nin İdarə heyətinin sədri Cahangir Hacıyev, Rusiya tərəfindən isə “Roseksimbank”ın İdarə Heyətinin sədri Dmitri Qolovanov imzalayıblar.

Saziş MDB iştirakçı ölkələrin VII Bakı Beynəlxalq Bank Konfransında imzalanıb.

D.Qolovanov deyib: “Sənədin əsas məqamlarında biri milli valyutaların birgə işimizdə istifadə edilməsi imkanıdır. Xüsusilə mövcud şəraitdə xarici ticarətdə rubl və manatda hesablaşmalar aparmağa keçid iki ölkə arasında ticari-iqtisadi və siyasi əlaqələrin inkişafına müsbət təsir edəcək. Bu, şübhəsiz ki, Rusiyadan Azərbaycana və əks istiqamətdə ixrac əməliyyatlarını həyata keçirərkən banklar və ixracatçılar üçün valyuta və siyasi riskləri azaldacaq. İmzalanmış saziş iki ölkənin ixracatçıları üçün yeni imkanlar açır: artıq onlar hər iki ölkənin bazarına daha asan çıxa biləcəklər”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO