AYİB Azərbaycanda kənd təsərrüfatının maliyyələşdirilməsi imkanlarını araşdırır

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda kənd təsərrüfatının maliyyələşdirilməsi imkanlarını araşdırmağa davam edir. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə AYİB-in Bakı nümayəndəliyinin rəhbəri Nil Makkeyn deyib.

N.Makkeyn qeyd edib: “Biz hökumət strukturları, banklar və mikromaliyyə təşkilatları ilə Azərbaycanın regionlarında kənd təsərrüfatı məhsulları istehsalçıları üçün maliyyə resurslarına çıxışın asanlaşdırılmasına yönəlmiş işi davam etdiririk”.

Onun sözlərinə görə, bankın cari ildə investisiya qoyacağı digər prioritet istiqamət korporativ sektordur: “Bizim korporativ sektorda həllini gözləyən bir neçə layihəmiz var. Enerji sektorunda kiçik və orta podratçılar, iri mebel istehsalçısı, tikinti tava daşları istehsalçıları resurslar almaq üçün bizə müraciət ediblər. Hesab edirəm ki, bu layihələr cari ilin sonunadək təsdiq ediləcək”.

Qeyd edək ki, AYİB bu il Azərbaycanda layihələrə 300 milyon dollar dəyərində kredit ayırmağı planlaşdırır.

Bank ötən il Azərbaycanda 17 layihənin həyata keçirilməsinə 163 milyon avro ayırmışdı.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO