Avropa Parlamentinin vitse-prezidenti: AP-nin qətnaməsinə reaksiyaya görə Azərbaycanı ittiham edə bilmərik

Avropa Parlamentinin vitse-prezidenti: AP-nin qətnaməsinə reaksiyaya görə Azərbaycanı ittiham edə bilmərikAvropa Parlamentinin vitse-prezidenti Riçard Çarnetskinin Trend-ə müsahibəsi

– Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud münasibətləri necə dəyərləndirirsiniz?

– Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr, xüsusən də iqtisadi münasibətlər bugünkündən daha yüksək səviyyədə olmalıdır. Avropa İttifaqı Azərbaycanla əlaqələrə böyük önəm verir. Hesab edirəm ki, biz Avropa İttifaqı ilə Azərbaycan arasında ikitərəfli münasibətləri, o cümlədən Azərbaycan ilə Aİ-yə üzv ölkələr arasında əlaqələri daha da inkişaf etdirməliyik.

– Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu nə dərəcədə mühümdür?

– Təbii ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu mühümdür. Biz Avropaya gedən enerji resurslarının şaxələndirilməsini istəyirik. Bunun üçün də, Azərbaycanla həm iqtisadi, həm də siyasi baxımdan daha dərin əməkdaşlığın qurulmasında maraqlıyıq.

– Bu yaxınlarda Polşanın xarici işlər naziri belə bir bəyanatla çıxış etdi ki, Şərq Tərəfdaşlığı proqramı artıq iflasa uğrayıb. Bununla bağlı nə deyə bilərsiniz?

– Xeyr, Şərq Tərəfdaşlığı proqramı iflasa uğramayıb, mövcuddur və davam edir. Düşünürəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında sıx əlaqələr hər iki tərəf üçün vacibdir.

– Ötən ilin sentyabr ayında Avropa Parlamentinin antiazərbaycan qətnaməsini qəbul etməsindən sonra Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər gərginləşdi. Sizcə bu qətnamə nəyə xidmət etdi?

– Azərbaycanın bu qətnaməyə reaksiyası mənim üçün aydın idi. Hesab edirəm ki, biz Azərbaycanı bu reaksiyaya görə ittiham edə bilmərik. Çünki Avropa Parlamentinin bu qərarı geosiyasi nöqteyi nəzərdən ziddiyətli idi.

Düzünü desəm, Avropa Parlamentinin bu qətnaməsinə mən spektik yanaşırdım. Çünki hesab edirəm ki, biz bu regiondakı tərəfdaşlarımızla daha çox əməkdaşlığa üstünlük verməliyik. Və əvvəldən də bilirdim ki, əgər Avropa Parlamenti bu qətnaməni qəbul etsə, Azərbaycanla əməkdaşlığı ləngidəcək. Ona görə də mən bu qətnaməni dəstəkləmədim.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO