Avropa Parlamentinin nümayəndələri Qarabağ münaqişəsinin nizamlanması prosesində vəziyyəti müzakirə ediblər

Aİ xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun hesabatından sonra, millət vəkilləri bu məsələ ilə bağlı müzakirələr aparıblar. Estoniyadan Avropa Parlamentinin üzvü Kristina Oyuland (Kristiina Ojuland) Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyü prinsipindən əsaslanmalı və 2010-cu ildə Avropa Parlamentin qəbul etdiyi qətnaməyə uyğun olaraq erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyini vurğulayıb.

Avstriya deputatı Ulrike Lunaçek (Ulrike Lunacek) Ermənistanı işğal olunmuş əraziləri boşaltmağa və Azərbaycanı silahlanma prosesini azaltmağa çağırıb.

Deputat Ines Vader (Inese Vaidere) (Latviya) Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həllində kifayət qədər fəal olmadığını qeyd edib. “Bunun üçün Aİ lazımi qədər təcrübəyə və resurslara malikdir”, millət vəkili bildirib. Onun fikrincə, münaqişənin həlli üçün erməni qoşunları işğal olunmuş torpaqlardan çıxarılmalıdır ki, qaçqın və məcburi köçkünlər öz evlərinə qayıda bilsinlər. Deputatın sözlərinə görə, Ketrin Eştonun Azərbaycan və Ermənistana nəzərdə tutulan səfəri münaqişənin həllinə yardım edəcək. Bu baxımdan münaqişə tərəflərini silahla təchiz edən Rusiyanın danışıqlarda iştirak etməsi vacib olduğunu vurğulayıb.

Avropa Parlamentinin üzvü, EURONEST-də Aİ-nin nümayəndə heyətinin rəhbəri Kristian Vigenin (Bolqarıstan) Qarabağ münaqişəsində gərginliyin artmasından narahatlığını bildirib.

“Kazan görüşünün uğursuzluqla nəticələnməsi, bəlkə də, Minsk Qrupunun öz imkanlarının tükənməsindən xəbərə verir. Lakin münaqişə tərəfləri, danışıqların uğurlu olması üçün daha da çox səy göstərmədirlər”, Vigenin deyib. O, həmçinin Avropa Parlamentinin iki ölkə arasında dialoqun aparılmasına yardım etməyini və münaqişənin həllində daha əhəmiyyətli rol oynamağının vacibliyini vurğulayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO