Avropa Olimpiya Komitəsi Mehriban Əliyevanı “Xidmətlərə görə orden ” ilə təltif edib

Avropa Olimpiya Komitəsi Mehriban Əliyevanı "Xidmətlərə görə orden" ilə təltif edibAvropa Olimpiya Komitəsi (AOK) bu gün Azərbaycanın birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanı idmanın və Olimpiya hərəkatının inkişafına verdiyi töhfəyə hörmət əlaməti olaraq “Xidmətlərə görə orden” ilə mükafatlandırıb.

Bu barədə Trend Avropa Olimpiya Komitəsinə istinadən məlumat verir.

Mehriban Əliyeva mükafatı AOK prezidenti Patrik Hikkidən qəbul edib.

Qeyd edək ki, Azərbaycanın birinci xanımı “Bakı-2015” İlk Avropa Oyunları Təşkilat Komitəsinə rəhbərlik edib, hazırda 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədridir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO