Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair İzmir Bəyannaməsi qəbul olunub

Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair İzmir Bəyannaməsi qəbul olunub İzmirə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, toplantı iştirakçıları İzmir Bəyannaməsini qəbul etməklə öz ölkələrinin Avropa İnsan Haqları Konvensiyasına və Avropa İnsan Haqları Məhkəməsinin fəaliyyətinə sadiq qaldıqlarını bir daha təsdiqləmiş olublar. Bəyannamədə qeyd olunur ki, iştirakçı dövlətlər Avropa Məhkəməsinin Avropada İnsan Hüquqlarının qorunması sahəsində misilsiz töhfələrini yenidən qəbul edir, 19 fevral 2010-cu ildə qəbul edilmiş İnterlaken Bəyannaməsi və Fəaliyyət Planındakı prinsiplərə sadiq qalaraq, uyğun bir zamanda İnterlaken prosesinin davam etdirilməsinin və Məhkəmənin daha da fəal işləyə bilməsi məqsədi ilə qurumda lazımi davamlı islahatların aparılmasının vacibliyini vurğulayırlar.

Bəyannamədə Avropa İnsan Hüquqları Konvensiyası mexanizminin subsidiar xarakterinin fundamental prinsip olduğu xatırladılır, həm Avropa Məhkəməsi, həm də dövlətlərin bunu nəzərə alaraq, hər iki tərəfin Konvensiya mexanizminin səmərəliyinin təmin edilməsində öhdəçi olduğu bildirilir.

Bundan başqa bəyannamədə tərəflər Məhkəməyə gələn şikayətlərin sayının artmasından narahat olduqlarını bildirərək, 14-cü Protokolun səmərəli olmasını qəbul etsələr də, bu sənədin Konvensiyanın bu gün üzləşdiyi qlobal problemlərin öhdəsindən uzunmüddətli olaraq tam gələ bilməməsini vurğulayıblar. İştirakçılar son zamanlar Avropa İttifaqının Avropa İnsan Hüquqları Konvensiyasına qoşulması istiqamətində qurumla apardığı danışıqları və bu istiqamətdə İnterlaken prosesindən sonra gözəçarpan irəliləyişlərin olduğunu da yüksək qiymətləndiriblər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO