Avropa İttifaqı: Azərbaycan güclü xarici iqtisadi mövqeyə malikdir

Sabit resurslar və Azərbaycanın dövlət borcunun aşağı səviyyəsi 2013-cü ildə neftin qiymətlərinin volatilliyi üzrə riskləri əhəmiyyətli dərəcədə yumşaldıb və ölkənin güclü xarici mövqeyini qoruyub.

Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqı tərəfindən dərc olunan Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanın tərəqqisinə dair hesabatda deyilir.

Hesabatda qeyd olunur ki, buna baxmayaraq, ölkənin tədiyyə balansında cari əməliyyatların qeyri-neft hesabının kəsiri ÜDM-in 17,4 faizi səviyyəsində qalıb ki, bu da dövlət məqsədilə qeyri-neft məhsullarının idxalı və qaz sektoruna birbaşa xarici investisiyalarla bağlıdır.

Sənəddə bildirilir ki, Azərbaycan dövlət xərclərinin böyük hissəsini karbohidrogenlərin satışı hesabına maliyyələşdirməkdə davam edir: “Belə ki, 2013-cü ildə büdcə gəlirlərinin 58,43 faizi Dövlət Neft Fondundan transfertlər hesabına formalaşdırılıb. Bu büdcəni ÜDM-in 0,47 faizi səviyyəsində profisitlə yerinə yetirməyə yardım edib”.

Hesabatda deyilir ki, ötən ilin dekabr ayında hökumət yanacaq növlərinin prakəndə qiymətlərini 25-33 faiz artırıb: “Eyni zamanda, bir sıra telekommunikasiya xidmətlərinin tarifləri azaldılıb”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO