AVCİYA və “İnsan Hüquqları XXI Əsr – Azərbaycan” Fondu kimsəsiz uşaqları sevindirdi

Nəzərinizə çatdırmaq istərdik ki, Ümumdünya Uşaqların Müdafiəsi günü münasibətilə Azərbaycan Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCİYA) və “İnsan Hüquqları XXI Əsr – Azərbaycan” Fondunun əməkdaşları 2 iyun 2011-ci il tarixində Maştağa qəsəbəsində yerləşən 1 saylı ümumtəhsil internat müəssisəsində olmuşlar.
Təşkilatçılar uşaqları təbrik etmək məqsədilə onlara müxtəlif bayram sovqatları və hədiyyələr (qələm, dəftər, oyuncaqlar, geyim və s.) təqdim etmişlər.
Tədbiri giriş sözü ilə açan “İnsan Hüquqları XXI Əsr – Azərbaycan” Fondunun prezidenti Şahin Camalov uşaqlar gününün yaranma tarixi haqqında qısa məlumat vermiş, daha sonra uşaqlarla maraqlı söhbətlər və əyləncəli oyunlar keçirilmişdir.
Tədbirin sonunda uşaqlar üçün şirniyyat süfrəsi təşkil olunmuşdur.
Azərbaycan Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCİYA) və “İnsan Hüquqları XXI Əsr – Azərbaycan” Fondu olaraq bu xeyriyyə kanpaniyasında əməyi keçən bütün insanlara öz təşəkkürümüzü bildiririk.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO