ATƏT-in müşahidə missiyası AVCİYA-nın Saatlıdakı ofisində olub

ATƏT-in Azərbaycanda prezident seçkilərini izləyəcək müşahidə missiyasının üzvləri Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Saatlı rayonundakı ofisində olublar.
Bu barədə seçki2008.info saytına AVCİYA-nın mətbuat xidmətindən məlumat verilib. ATƏT-in müşahidə missiyasının üzvləri AVCİYA-nın. Görüşdə ATƏT-in müşahidəçilərinin diqqətinə çatdırılıb ki, AVCİYA “ELS” təşkilatı ilə birlikdə 800 məntəqədə “exit-poll”, “quick-count” (səslərin paralel sayılması) tədqiqatları aparacaq.
Qonaqlar AVCİYA–nın seçkilərlə bağlı nəşrləri ilə də tanış olublar. AVCİYA-dan bildirilib ki, qurum Bakı, Abşeron və Sumqayıtda seçki günü müşahidə fəaliyyəti ilə məşğul olanlar üçün treninqlərə başlayıb. AVCİYA-nın Seçki Qərargahı prezident seçkiləri ərəfəsi ölkənin 12 regional mərkəzində müşahidəçilərə treninqlər keçib. Treninqlərdə müşahidəçilərə seçki zamanı fəaliyyətlərini istiqamətləndirmək bacarığı aşılanıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO