AŞPA İnsan Haqları Komitəsində keçiriləcək dinləmələr yalnız Azərbaycanla bağlı deyil

AŞPA İnsan Haqları Komitəsində keçiriləcək dinləmələr yalnız Azərbaycanla bağlı deyil “Avropa Şurasının İnsan Haqları üzrə Komitəsində yanvarın 26-da insan haqları və siyasi məhbus məsələləri ilə bağlı növbəti dinləmələr keçiriləcək. Dinləmələr yalnız Azərbaycanla bağlı deyil”. Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Avropa Şurasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. S. Seyidov bildirib ki, Azərbaycan tərəfi Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserlə bağlı AŞPA rəhbərliyinə məktub ünvanlayıb: “AŞPA rəhbərliyi bilir ki, Azərbaycan konstruktiv əməkdaşlıq etməyə hazırdır. Artıq məruzənin də adı dəyişdirilib. Bu da o deməkdir ki, siyasi məhbus problemi yalnız Azərbaycanda yox, AŞPA-ya daxil olan müxtəlif ölkələrdə araşdırılmalıdır. Bununla bağlı yalnız Azərbaycanda araşdırma aparmaq cəhdləri uğursuzdur. Biz insan haqları məsələləri ilə nəinki məşğul olmağa hazırıq, bu, bizim maraqlarımızda olan məsələdir. Lakin insan haqlarını bir alətə çevirib Azərbaycana təzyiq göstərməyin əleyhinə çıxmışıq, bundan sonra da çıxacağıq. Heç kim insan hüquqlarını alverə, yaxud təzyiq vasitəsinə çevirə bilməz”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO