AŞPA həmməruzəçisi Azərbaycanın müxalifət partiyaları ilə görüş keçirib

Görüşdə iştirak edən Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan bildirib ki, görüş zamanı ölkədəki ümumi siyasi vəziyyət müzakirə olunub. AXCP sədri Əli Kərimli, ADP sədri Sərdar Calaloğlu, Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlının iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətirilib.

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçisi Jozef Debono Qrex bu gün Bakıya gəlib.

Digər həmməruzəçi Pedro Aqramunt da Bakıya bu gün gələcək.

Fevralın 2-dək davam edəcək səfər çərçivəsində həmməruzəçilərin Azərbaycan Prezidenti, Milli Məclisin spikeri, ədliyyə naziri, Ali Məhkəmənin sədri, ombudsman, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri, siyasi partiyaların liderləri, QHT rəhbərləri və media nümayəndələri ilə görüşəcəyı gözlənilir. Onlar həmçinin Qubaya səfər edəcək və yerli QHT-lərin təmsilçiləri ilə görüşəcəklər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO