AŞPA-da Xocalı soyqırımının ildönümü ilə bağlı yazılı bəyannamə qəbul edilib

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın hazırladığı və Assambleyanın müxtəlif ölkələrindən olan 25-dən artıq millət vəkilinin imzası ilə qəbul olunmuş AŞPA-nın 469 saylı yazılı bəyannaməsində deyilir: “Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli, faciəli səhifələrindən biridir. Bu dəhşətli və amansız soyqırım bəşəriyyətin tanıdığı terror aktlarından biridir. 19 il bundan əvvəl – 26 fevral 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri 366-cı motoatıcı alayın yardımı ilə Azərbaycanın Xocalı şəhərini işğal etdi və yüzlərlə günahsız insanı etnik mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirərək soyqırım törətdi. Bu soyqırım zamanı 613 insan, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insan vəhşicəsinə qətlə yetirildi, təxminən 1000-ə yaxın mülki vətəndaş əlil oldu, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valdeynlərindən birini, 25 uşaq isə hər ikisini itirdi. 1275 mülki vətəndaş əsir alındı. 150 insan haqqında hələ də məlumat yoxdur. Bu hadisələr nətisəcində Xocalı şəhəri tamamilə dağıdılaraq məhv edildi. Yuxarıda sadalanan bu faktlar bəşəriyyətə qarşı törədilmiş bu cinayətlə bağlı düzgün və ədalətli siyasi və hüquqi qiymətin verilməsini tələb edir”.

AŞPA-nın 469 saylı yazılı bəyannaməsi ingilis və fransız dillərində qurumda yayılmaqla yanaşı, Assambleyanın iclasında da elan edilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Assambleyanın iclasında da Xocalı soyqırımı mövzusunu qaldırıb, millət vəkillərinə bu barədə ətraflı məlumat verilib, Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə bağlı hazladığı kitablardan fotolar çıxışlar zamanı Avropa parlamentarilərinə göstərilib. Azərbaycanlı millət vəkilləri Xocalıda azərbaycanlılara qarşı törədilmiş bu soyqırımın insanlıq əleyhinə böyük bir cinayət kimi tanınmasının və bu cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi üçün AŞ PA-nın da səylərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO