“Amnesty İnternational” azərbaycanlı hüquq müdafiəçiləri ilə bağlı bəyanat verib

“Amnesty İnternational” İranda barələrində cinayət işi qaldırılan azərbaycanlı hüquq müdafiəçiləri Əlirza Sərrafi, Həsən Rəşidi, Səid Muğanlı və Mehdi Nəimi ilə bağlı bəyanat verib. APA-nın təşkilatın rəsmi saytına istinadən verdiyi məlumata görə, bəyanatda adıçəkilən şəxslərin sentyabrın 20-də həbsi və noyabrın 8-də hər birinə 250 min ABŞ dolları girov müqabilində zaminə buraxılması pislənilib: “Bu fəallar milli təhlükəsizliyə xələl gətirməkdə təqsirləndirilirlər. Amma onların istintaq prosesi haqda heç bir açıqlama verilmir”. Bəyanatda o da qeyd olunub ki, azərbaycanlı hüquq müdafiəçiləri həbs olunandan sonra “Evin” həbsxanasının 209-cu korpusunda təkadamlıq kameralarda saxlanılıblar. Onlar vəkillə təmin olunmayıblar və ailələri ilə görüşmək, telefonla danışmaq imkanı yaradılmayıb. Eyni zamanda Əlirza Sərrafi həbsxanada aclıq aksiyası keçirib”. Sənəddə təşkilatın azərbaycanlı hüquq müdafiəçiləri ilə bağlı baş verə biləcək bütün hadisələrə nəzarət edəcəkləri də vurğulanıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO