Amerikalı həmsədr: Dağlıq Qarabağ münaqişəsində sülhə nail olmaq üçün səmimi müzakirələr aparmaq vacibdir

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsində sülhə nail olmaq üçün səmimi müzakirələri vacib hesab edir.

Trend-in məlumatına görə, amerikalı həmsədr öz “twitter” səhifəsində yazıb: “Dağlıq Qarabağ münaqişəsində həllinə nail olmaq üçün səmimi müzakirələr aparmaq vacibdir”.

Həmsədr, eyni zamanda, twitter səhifəsinin oxucularına Vaşinqtonda Karneqi Mərkəzində “Dağlıq Qarabağ: həll yolları” mövzusunda məruzəsinə şərh bildirdiklərinə görə də təşəkkür edib.

Qeyd edək ki, may 7-də ATƏT-in Minsk qrupunun amerikalı həmsədri C.Uorlik Vaşinqtonda Karneqi Mərkəzində “Dağlıq Qarabağ: həll yolları” mövzusunda məruzə ilə çıxış edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO