AMEA-ya 50-dən çox yeni üzv seçiləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlüyünə seçkilərin iyunun 27-də keçirilməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən geniş iclasında çıxışı zamanı deyib.

A.Əlizadə bildirib ki, seçkilərdə 50-dən artıq yeni üzvün seçilməsi nəzərdə tutulur: “Bu, çox məsuliyyətli işdir. Bu seçkiləri çox yüksək səviyyədə keçirməliyik ki, ölkə Prezidenti cənab İlham Əliyevin AMEA-ya göstərdiyi etimadı tam doğrulda bilək”.

AMEA prezidenti akademiyada təşkil olunan doktorantların konfranslarına da münasibət bildirib. Onun sözlərinə görə, bu konfransların keçirilməsinin nə seçimdə, nə də doktorantların özünün elmi inkişafına heç bir təsiri, böyük effekti olmadığı üçün doktorantların konfransının keçirilməsi saxlanılıb: “Çünki belə qərara gəldik ki, onlar hamısı formal bir şeydir. Hazırda yeni bir forma – multi-konfransların keçirilməsi təklif edilir. Bölmələrdən xahiş olunur ki, bununla bağlı indidən düşünülsün və Rəyasət Heyətinə təklif versinlər. Biz bilmək istəyirik ki, doktorantlar prioritet istiqamətə necə münasibət bəsləyirlər, onların yeniliklərdən xəbərləri var, ya yoxdur. Bunu da doktorantların seminarı kimi multi-konfrans keçirərək bilmək olar”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO