Almaniyanın Azərbaycandakı səfiri Berlində keçirilən səfirlərin konfransında iştirak edir

Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel ‬Berlində, Almaniyanın xarici işlər nazirliyində keçirilən səfirlərin konfransında iştirak edir.

Trend-in məlumatına görə, bu barədə Almaniyanın Azərbaycandakı Səfirliyinin rəsmi facebook səhifəsində bildirilib.

Qeyd edək ki, avqustun 25-i başlayan və 28-ə kimi davam edəcək konfransda Almaniyanın müxtəlif ölkələrə akreditə olunmuş səfirləri və konsulları, eyni zamanda görkəmli siyasətçilər, biznes nümayəndələri və ekspertlər iştirak edir.

Bu il sözügedən konfransın mövzusu “2014-cü ilin təhlili – Almaniya xarici siyasətinə yeni baxış”dır. (Review 2014 – A Fresh Look at German Foreign Policy )

Konfrans çərçivəsində keçirilən forum və seminarlarda Almaniyadan və digər ölkələrdən olan ekspertlər səfirlər ilə birgə xarici siyasətin cari məsələrini müzakirə edəcəklər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO