Ağcabədi və Ağdam rayonlarının sakini ASAN Səyyar Xidmətdən yararlana biləcəklər


Ağcabədi və Ağdam rayonlarının sakini ASAN Səyyar Xidmətdən yararlana biləcəklər

Ağcabədi və Ağdam rayonlarının ümumi sayı 300 mindən çox olan sakini sentyabrın 2-dək ASAN Səyyar Xidmətdən Ağcabədi rayonunda yararlana biləcəkdir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi xidmətdən bildirilib.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir:
Notariat fəaliyyəti
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
Sürücülük vəsiqələrinin dəyişdirilməsi
Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi
Əmək pensiyalarının təyin edilməsi
Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarılışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi
Artıq Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində Şirvan və Hacıqabul, Sabirabad rayonunda Sabirabad və Saatlı, Şamaxı şəhərində Şamaxı, Qobustan və Ağsu, Salyan rayonunda Salyan və Neftçala, İsmayıllı rayonunda İsmayıllı, Astara rayonunda Astara, Qəbələ rayonunda isə Qəbələ rayonunda Qəbələ, Kürdəmir rayonunda isə Kürdəmir rayonunun sakinlərinə ASAN Səyyar Xidmət göstərilib.
ASAN Səyyar Xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO