ABŞ-ın Livermol Beynəlxalq Laboratoriyası və Seysmoloji Xidmət Mərkəzi arasında müştərək layihələrin həyata keçirilməsi müzakirə edilib

ABŞ Enerji Departamentinin Livermol Beynəlxalq Laboratoriyası və Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi arasında əlaqələrin genişləndirilməsi və müştərək layihələrin həyata keçirilməsi müzakirə edilib. Mərkəzin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Livermol Beynəlxalq Laboratoriyasının əməkdaşları Rengin Gök və Robert Mellors Azərbaycanda səfərdədir. Amerikalı alimlər səfərləri çərçıvəsində AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzində olublar.
AMEA RSXM-in Baş direktoru, geologiya-minerologiya elmlər doktoru Q.Yetirmişli qonaqlara mərkəzdə görülən işlər barəsində məlumat verib. RSXM-in “Zəlzələ ocaqlarının dinamikası və kinematikası” şöbəsinin müdiri, geologiya-minerologiya üzrə fəlsəfə doktoru Səbinə Kazımova Azərbaycan ərazisində baş verən zəlzələlərin müasir üsullarla öyrənilməsinə dair təqdimat edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO