Natiq Əmirov Prezidentin İqtisadi islahatlar üzrə köməkçisi təyin edildi

Natiq Əmirov Prezidentin İqtisadi islahatlar üzrə köməkçisi təyin edildiPrezident İlham Əliyev Natiq Ərziman oğlu Əmirovun Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri N.Əmirov Azərbaycan vergilər nazirinin birinci müavinidir.

N.Əmirov 1967-ci ildə Dəvəçi rayonunda (indiki Şabran) anadan olub. 1990-cı ildə N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunu (iqtisadçı), 1998-ci ildə isə Elmi-Təhsil Mərkəzi Təfəkkür Universitetini (hüquqşünas) bitiribr.

1990-1991-ci illərdə Sumqayıt şəhəri Maliyyə şöbəsində böyük büdcə iqtisadçısı, 1991-1993-cü illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyinin Vətəndaşların vergiyə cəlb edilməsi şöbəsində böyük dövlət vergi müfəttişi, 1993-1994-cü illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyinin Dövlət müəssisələrinin, təşkilatların və birliklərin mənfəətinin (gəlirlərinin) vergiyə cəlb edilməsi və sair gəlirlər şöbəsində dövlət vergi müfəttişi, 1994-1997-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyini Qeyri-dövlət müəssisələrində vergi qanunvericiliyinə və dövlət qiymət intizamına nəzarət şöbəsinin rəisi, 1997-2000-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyinin rəis müavini, 2000-2001-ci illərdə Bakı şəhəri, Səbail rayonu Vergilər İdarəsinin rəis müavini, 2001-2003-cü illərdə Vergilər Nazirliyinin İri vergi ödəyiciləri ilə iş üzrə Departamentinin rəis müavini və 2003-2005-ci illərdə Vergilər Nazirliyinin İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəisi vəzifələrində çalışıb.

Azərbaycan Prezidentinin 16 avqust 2005-ci il tarixli sərəncamı ilə vergilər nazirinin müavini, 4 mart 2009-cu il tarixli sərəncamı ilə isə vergilər nazirinin I müavini vəzifəsinə təyin edilib.

Ailəlidir, 3 övladı var.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO