1905 nədir..? 1905 tarixdir, tarixin qanlı səhifəsidir…

1905 qəmdir, kədərdir, insanlıq faciəsidir…1905 bir millətin 1915-də dunyaya özünü qurban kimi təqdim etməsinin sonudur.

1905 tarixdir, tarixin qanlı səhifəsidir… 1905 erməni adlı mənfur bir qonşunun düşmən, həm də, qatı düşmən olduğu tarixdir…1905 insanlıq tarixinin öldüyü və ya ölməyə başladığı gündür. 1905 türk millətinin şərəfsiz qonşudan “şərəf” öyrəndiyi, gördüyü gündür. 1905 qondarma erməni soyqırımını tarixdə dəyərsiz edən, tarixsizləşdirən, tarixin səhifələrindən silən, qondarma olduğunu sübüt edən, aciz və yazıq kimi görünməyə çalışan bir millətin əslində nə qədər şərəfsiz, əxlaqsız nə qədər insanlıqdan payını, nəsibini almamış olduğunu sübut edən tarixdir. 1905, 1918-in başlanğıcı, Xocalının, Qaradağlının, Şuşanın, Ağdamın, Xocavəndin, Daşaltının və daha yüzlərlə yurd yerimizin gələcək faciəsinin xəbərçisi idi əslində. 1905 Lalayev, Babayants, Ter-Osipov, Andronik və digər onlarla erməni terrorçularının Bakıdan başlayan, İrəvan və Yelizavetpol (Gəncə) quberniyalarında davam edən, Şamaxıda xüsusi qəddarlıqları ilə yadda qalan bir faciəni özündə əks etdirən bir tarixdir… 1905 bir millətin terrorçu kimi fəaliyyətə başlamasının və “çiçəklənməsinin” tarixidir məncə… 1905 bəşər tarixində Nakasaki və Xerosimadan öncə yaşanmış, Xolokostu kölgədə qoyan, böyük-kiçik, yaşlı cavan demədən insan nəslini tarixdən silməyə çalışıldığı, Bakıdan başlayaraq Azərbaycanın demək olar ki, böyük ərazisini əhatə edən insanların güllələndiyi, başlarının kəsildiyi, qılıncdan keçirildiyi, xüsusi qəddarlıqla hamilə qadınların qarnını yırtıb bətnlərindəki körpələrin doğrandığı, südəmər uşaqların diri-diri oda atıldığı, quyularda boğulduğu bir insanlıq faciəsidir. 1905 tarixdə Qanlı bazar, Rus-Yapon müharibəsinə son qoyan Portsmut müqaviləsi, Belçika-Niderland arasında ilk rəsmi futbol oyunu, Las Veqasın, Nevadanın əsasının qoyulması və onlarca yaxşı-pis tarixi faktlarla anılsa da bəşər övladları bu tarixi həm də (bəlkə daha çox) 100 illərlə davam edəcək, hər kəs tərəfindən “maraqla” izlənəcək bir dramın ilk səhnə premyerası kimi xatırlamalıdır məncə. Dünya, elə bizim özümüz də 1905-i elə dediyimiz 1905 kimi xatırlamalıyıq. Xatırlamalı, bu cinayətləri lənətləməli və gələcək nəsillərə ötürməliyik ki, bir daha 1905-lər yaşanmasın..!

Şahin Camalov

1905.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO