Zərgərlik məmulatları İranın sənətkarlıq məhsullarının ixracı siyahısında birinci yeri tutur

Ənənəvi zərgərlik məmulatları İranın sənətkarlıq məhsullarının ötən təqvim ilində (mart ayının 20-sində bitib) ixracı siyahısında birinci yeri tutub. Trend-in məlumatına görə, bu barədə şənbə günü İranın Mədəni irs, turizm və sənətkarlıq təşkilatının rəhbəri Yəhya Rəhmətinin çıxışına istinadən “İRNA” agenliyi xəbər yayıb.
Proqnozlara görə, bu təqvim ili ərzində İran sənətkarlıq məhsullarının ixracı bir milyard ABŞ dollarını keçəcək.
Eyni zamanda, İran rəsmi şəxlərinin bəyanatlarına əsasən, İran ötən təqvim ili ərzində 100 milyon dollar həcmində sənətkarlıq məhsulları ixrac edib.
Daha əvvəl İran sənətkarlıq sənayesinin inkişafı üçün Milli fonddan 500 milyon ABŞ dolları ayırıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO