Ziyafət Əsgərovun Məhkəmə Hüquq Şurasına üzvlüyə namizədliyi irəli sürülüb

Ziyafət Əsgərovun Məhkəmə Hüquq Şurasına üzvlüyə namizədliyi irəli sürülübMilli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərovun Məhkəmə-Hüquq Şurasının üzvlüyünə namizədliyi irəli sürülüb. Bu barədə Trend-ə Milli Məclisdən məlumat verilib.

Məlumatda qeyd olunur ki, parlamentin hazırladığı qərar layihəsində bildirilir ki, “Məhkəmə-Hüquq Şurası haqqında” qanunun 6.2.4-cü maddəsinə uyğun olaraq Milli Məclisin deputatı, Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Abbas oğlu Əsgərov Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilsin.

Layihə fevralın 23-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO