Zakir Həsənov: Bu yaxınlarda Daxili Qoşunların ali hərbi məktəbi açılacaq


Daxili Qoşunların ali hərbi məktəbi bu yaxınlarda açılacaq. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov deyib.

Həsənovun sözlərinə görə, ali hərbi məktəbin formalaşması yekun mərhələdədir, müasir baza yaradılıb, məktəbin həm təhsil korpusu, həm qərargahı, həm də kursantlar üçün yataqxanası tamamlanma mərhələsindədir və müasir standartlara cavab verir.

O hesab edir ki, yaxın müddətdə ali hərbi məktəb fəaliyyətə başlayacaq.

Həsənov ali hərbi məktəbə nə qədər kursantın qəbul olunacağını açıqlamayıb və bildirib ki, ilkin mərhələdə birinci kursa kifayət qədər kursant qəbul olunacaq və onların yüksək səviyyədə təhsil alması üçün bütün şərait yaradılacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO