Zakir Həsənov Xəzər dənizində keçirilən təlimləri izlədi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən bu gün başlayan irimiqyaslı birgə təlimlərin ilkin mərhələsini izləmək üçün müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Dəniz Qüvvələrində olub.

Müdafiə Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Hərbi Dəniz Qüvvələri komandanı vəzifələrini icra edən 1-ci dərəcəli kapitan Şahin Məmmədov nazirliyin rəhbərliyini qarşılayaraq təlimlərin ssenarisinə əsasən keçiriləcək mərhələlər, görülən işlər haqqında məruzə edib.

Müdafiə naziri təlimlərə cəlb edilən gəmilərin şəxsi heyəti ilə görüşüb, hazırlıqla bağlı görülən işlərin səviyyəsi ilə maraqlanıb, hərbi gəmilərə, texnika və silahlara baxış keçirib, eyni zamanda, təlimlərin ssenarisinə uyğun tapşırıqların yerinə yetirilməsini izləyib.

Şəxsi heyət qarşısında çıxış edən müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan tapşırıqların uğurla yerinə yetirilməsi üçün hərbi qulluqçuların üzərinə düşən vəzifələrdən danışaraq təlim iştirakçılarına uğurlar arzulayıb.

Sonda gəmilər açıq dənizə çıxış tapşırıqlarını icra ediblər.

Təlimlərə Hərbi Dəniz Qüvvәlərinin tam heyəti, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının hissə və bölmələri, həmçinin Fövqəladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin müvafiq gəmiləri cəlb edilib.

Üç mərhələdə həyata keçiriləcək təlimlər noyabrın 17-dək davam edəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO