Zakir Həsənov cəbhə bölgəsində yeni salınan hərbi şəhərcikdə yoxlama aparıb

Müdafiə naziri cəbhə bölgəsində yeni salınan hərbi şəhərcikdə aparılan tikinti işlərini yoxlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi şəhərciklərin kompleks şəkildə tikilərək istifadəyə verilməsi istiqamətində hərbi hissələrdə işlər davam etdirilir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhə bölgəsində tikilən hərbi şəhərcikdə aparılan inşaat işlərinin gedişatını yoxlayıblar.

Yeni salınan hərbi hissəyə baş çəkən Müdafiə nazirinə məruzə olunub ki, tam infrastrukturla təmin olunacaq müasir tipli qərargah, əsgər yataqxanaları, tədris kompleksləri, döyüş texnikası üçün saxlanclar, qarovul şəhərcikləri, avtopark, sıra meydanı, yeməkxana, əsgər klubu, tibb məntəqəsi, idman meydançası, qazanxana-camaşırxana-hamamxana kompleksi və eləcə də digər obyektlərin inşası qısa müddətdə başa çatdırılacaq.

Tikintini həyata keçirən heyətlə görüşən Müdafiə naziri görülən işlərin sürətləndirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verib.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO