Zahid Oruc: İndiyə qədər eşitmisiniz ki, Obama Dağlıq Qarabağ məsələsi üçün Putinə telefon açsın?

“Nə üçün indiyə qədər Ermənistan hər hansı sanksiyalara məruz qalmayıb? Nə üçün? Ona görə ki, Azərbaycanın əhəmiyyəti Ukraynadan geridir, ona görə ki, Dağlıq Qarabağ torpaqları əhəmiyyətinə görə Ukraynanın torpaqlarından aşağıdır, ona görə ki, Xəzər dənizinin resursları Qara Dəniz resursları qədər strateji əhəmiyyət kəsb etmir?” Trend-in məlumatına görə, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən iclasında Prezident İlham Əliyevin Nazirlər Kabinetinin birinci rübün yekunlarına dair iclasında çıxışını şərh edərkən deyib.

Deputatın sözlərinə görə, ABŞ Prezidenti Barak Obama Krım hadisələri üzərindən 8-ci dəfədir ki, Rusiya Prezidenti Vladimir Putinə telefon açır, Avropa ölkələrinin rəhbərləri ilə danışıqlar aparır: “Amma indiyə qədər eşitmisiniz ki, Barak Obama Dağlıq Qarabağ məsələsi üçün bircə dəfə də olsun Vladimir Putinə telefon açsın? Sanksiya dilində danışan və bu illər ərzində beynəlxalq hüquq prinsiplərinə əməl etməyən Qərb dövlətləri qarşılarında Rusiyanı qazandılar. Sanki indiyə qədər Ermənistan beynəlxalq münasibətlərə heç bir təsir etməyib, ona böyük meydan veriblər, bu münaqişədən qazanıblar, Azərbaycan sərvətlərini sümürmək üçün, neft müqavilələrində özlərinə əlverişli şərtlər qazanmaq üçün ondan yararlanırlar. Elə ki bunu daha böyük ölkə – Rusiya edir, indi toparlanırlar, koalisiya yaradırlar və Rusiya əleyhinə hansısa blok yaradırlar”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO