Zahid Oruc: Bəzi beynəlxalq qurumlar müxtəlif adlar altında ölkələrin içərisində oturuşmağa çalışırlar

Təəssüflər olsun ki, “Qrant haqqında” qanun qəbul edildikdən sonra Azərbaycana ayaq açan müxtəlif beynəlxalq donor qurumlar Azərbaycanda elə bir fəaliyyətin əsasını qoydular ki, onun mənfi nəticələrini uzun zaman yaşamış olduq. Bu barədə Trend-ə Milli Məclisin deputatı Zahid Oruc deyib.

Z.Oruc qeyd edib ki, həmin qurumlar ilk növbətə sanki hakimiyyət əleyhdarlarının platsdarmını formalaşdırıb yalnız onları maliyyələşdirməyə başladılar: “Nə Corc Soros Fondu, nə də başqa bu cür qurumların hakimiyyət yönlü təşkilatları maliyyələşdirdiyini görmək mümkün deyil. Sanki etnik milli kimlikləri şübhə doğuran adamlar bunlar üçün yaxşı müttəfiqdirlər. Nəinki iqtidar əleyhinə, o cümlədən Azərbaycan üzərində zəif bənd oyununda yararlı olanlar onların silahdaşları oldular. Bakı-Ceyhan-Tbilisi neft kəmərinin real icrası həyata keçirilən zaman, Gürcüstanda 150-ə yaxın QHT və beynəlxalq qurumu qaldırıb Azərbaycan əleyhinə istifadə etməyə başladılar. Nə oldu indi, hanı o ekoloji problemlərin qayğısına qalan qurumlar? Göründü ki, bunun heç bir ziyanı olmadı. Deməli, burada məqsəd başqa idi”.

Deputat bildirib ki, bu cür təşkilatlar həmçinin mühüm beynəlxalq tədbirlər dövründə işə düşürlər: “Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsi öncəsi onların fəaliyyətinin şahidi olduq. Həmçinin “Bakı-2015″ Avropa Oyunları üzərində də ixtisaslaşmış anti-Azərbaycan qurumları fəaliyyət aparacaqlar. Amma mən pessimist durumda deyiləm”.

O vurğulayıb ki, ötən əsrin 80-ci illərində Amerikada məşhur bir doktrina qəbul olundu: “Artıq hərbi rejimlər vasitəsilə ölkələrin içərisinə yeriməyə bir zərurət qalmadı. Yəni insan haqları, demokratiya, siyasi azadlıqlar çox yayğın mövzudur və istənilən ölkənin içərisində oturuşmaq üçün yaxşı vasitədir. Düşünürəm ki, onlar gələcəkdə də belə bir mövqeni seçəcəklər”.

Z.Oruc əlavə edib ki, Azərbaycanın milli QHT strukturu o cür qurumlara işləyən təşkilatlardan ibarət deyil: “Artıq dövlətin mühüm bir siyasəti işləndi, QHT-lərin böyük əksəriyyəti büdcə vəsaitləri hesabına maliyyələşirlər, milli yönlü proqramlar icra olunur: “Hesab edirəm ki, milli mənafe üçün ixtisaslaşan qurumların sıraları genişləndikcə, o birilərin meydanı daralacaq”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO