Yunusbek Yevkurov: Azərbaycan və İnquşetiya bir sıra sazişlər imzalayacaqlar

Azərbaycan və İnquşetiya mebel və tikinti materialları istehsalı sahəsində bir sıra sazişlər imzalayacaqlar. Trend-in məlumatına görə, bunu İnquşetiya Prezidenti Yunusbek Yevkurov bazar ertəsi Qəbələdə keçirilən V Azərbaycan-Rusiya regionlararası əməkdaşlıq forumu çərçivəsində jurnalistlərə deyib.

Prezident qeyd edib: “Bizdə keyfiyyətli tikinti daşı var və Azərbaycandan daş almağı planlaşdırmırıq. İstəyirik ki, azərbaycanlı mütəxəssislər İnquşetiyada bu istiqamətdə işləsinlər”.

Y.Yevkurov bildirib ki, iki ölkə arasında turizm sahəsində əməkdaşlıq da planlaşdırılır: “Azərbaycanda turizm sahəsi fəal inkişaf edir və buna görə də bu sahədə müsbət təcrübəni mənimsəmək istəyirik. Xüsusilə də sizdə yüksək səviyyədə olan xidmət sahəsini”.

O, əlavə edib ki, Azərbaycan-İnquşetiya əməkdaşlığı taktiki xarakter daşıyır: “Bütün mənalarda Rusiyanın strateji tərəfdaşı olan Azərbaycan iqtisadiyyatının inkişaf təcrübəsinə baxır və öyrənirik. İnquşetiya miqyasında strateji əlaqələrin qurulmasına hələ çox var, lakin biz əməkdaşlığa taktiki səviyyədə başladıq və bu, müsbət haldır”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO