Yunanıstan Dağlıq Qarabağ münaqişəsinin həll ediləcəyinə ümid bəsləyir

Yunanıstan Dağlıq Qarabağ münaqişəsinin həll ediləcəyinə ümid bəsləyir Yunanıstanın ANA-MPA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən sonra Yunanıstan prezidenti Karolas Papulias deyib. O, görüşdə Dağlıq Qarabağ problemini də müzakirə etdiklərini söyləyib: “ATƏT-in Minsk Qrupunun çərçivəsi problemin dinc yolla həlli üçün daha uyğundur və biz ümid edirik ki, bu həll tezliklə tapılacaq”.

K. Populias görüşdə həm ikitərəfli, həm də beynəlxalq məsələlərin müzakirə olunduğunu bildirib. O qeyd edib ki, Yunanıstanın Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramına böyük əhəmiyyət verir: “Bu kontekstdə biz assosiasiya sazişi imzalanmasına dair Azərbaycanla Avropa Birliyi arasında danışıqların başlanmasını dəstəkləyirik. Mən prezident Əliyevi əmin etdim ki, Azərbaycan bu məsələdə Yunanıstanın dəstəyinə bel bağlaya bilər”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO