Yenidən qurulmuş Hacıqabul-Bəhramtəpə yolunun istismara veriləcəyi tarix məlum olub

Yenidən qurulmuş Hacıqabul-Bəhramtəpə yolu 2014-cü ildə istismara veriləcək.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Trend-ə verilən məlumata görə, ümumi uzunluğu 112,5 km olan Hacıqabul – Bəhramtəpə yolunun yenidən qurulması işləri hazırda davam etdirilir.
İkinci texniki dərəcəli iki hərəkət zolaqlı yolda 5 heyvan keçidi, 1 yerüstü piyada keçidi, 11 yeni körpü, 187 ədəd müxtəlif diamertli borunun tikintisi və 1 körpünün əsaslı təmiri nəzərdə tutulub.
Sözügedən yolun Hacıqabul – Bulaqlı hissəsinə ikiqat asfalt – beton örtük vurulub, Bulaqlı – Bəhramtəpə hissəsinin 20 km-də isə torpaq işləri və ikiqat asfalt – beton örtüyünün vurulması başa çatdırılıb.
Layihə üzrə işlərin 60 faizi yerinə yetirilib. Layihənin bir hissəsinin 2013-cü ildə, ümumilikdə isə 2014-cü ildə tam istismara verilməsi planlaşdırılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO