Azərbaycan Prezidenti İlham Əliyev “Yeni Azərbaycan” qəzeti əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı xidmətlərinə görə “Yeni Azərbaycan” qəzetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsin:
Cəfərov Zahid İlham oğlu
Hümmətov Aqşin Şahin oğlu
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasında mətbuat sahəsində səmərəli fəaliyyətlərinə görə “Yeni Azərbaycan” qəzetinin aşağıdakı əməkdaşlarına “Əməkdar Jurnalist” fəxri adı verilib:
Bayramov Nardar Məmməd oğlu
İsmayılov Nadir Nəbi oğlu