Yatsenyuk: Ukrayna Krımın səlahiyyətlərini artırmağa hazırdır

Ukraynanın Baş naziri Arseniy Yatsenyuk Krım Muxtar Respublikasının səlahiyyətlərinin genişləndirilməsi məsələsini qaldıracağını vəd edib. Bu barədə hökumət rəhbəri BMT TŞ-nin iclasında bəyan edib. Trend-in məlumatına görə, xəbəri UNİAN yayıb.

A.Yatsenyuk deyib: “Krım Ukraynanın ayrılmaz tərkib hissəsi olub, tərkib hissəsidir və belə də olacaq. Biz heç vaxt süni planlaşdırılmış referendumu tanımayacağıq. Biz Ukrayna parlamentində Krım MR-in səlahiyyətlərinin genişləndirilməsi üçün Konstitusiya vasitələri və imkanları yolu ilə ümummilli dialoq keçirəcəyik”.

O, habelə vəd edib ki, dinindən, dilindən və s. asılı olmayaraq ölkənin hər bir vətəndaşı müdafiə olunacaq: “Biz əlimizi Rusiyaya uzadırıq, əvəzində isə tüfəng lüləsi alırıq. Biz bundan sonra da hesab edirik ki, Rusiya danışıqlar aparmağa, təkcə bizim ikitərəfli münasibətlərimizdə deyil, bütün Avropada bu faciəli münaqişəni dinc vasitələrlə nizamlamağa hazırdır”.

Baş nazir “sülh və sabitlik üçün” mümkün olan hər şeyi edəcəyinə də söz verib. Bundan əlavə, Yatsenyuk əlavə edib ki, Ukrayna “BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan qonşu ölkənin hərbi təcavüzü ilə üzləşib”.

Baş nazir Rusiyanı qoşunları Krımdan çıxarmağa və onun fikrincə, “regionun hüdudlarından kənara çıxan” “bu münaqişəni aradan qaldırmaq üçün real söhbətlər və danışıqlara başlamağa” çağırıb: “Rusiyalı tərəfdaşlarımızın hərəkətləri – əminəm ki, əgər biz Rusiya ilə real danışıqlara başlasaq, onda onlar əsl tərəfdaş ola biləcəklər – qlobal təhlükəsizliyi və nüvə silahsızlaşdırması proqramını pozur. Axı bu hərəkətlərdən sonra dünyada kimisə nüvə silahlarına malik olmamağa inandırmaq çox çətin olacaq”.

O bir daha qeyd edib ki, Ukrayna hakimiyyəti danışıqlara tam açıqdır: “Biz real danışıqlar istəyirik. Heç bir hərbi təcavüz istəmirik”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO