Yardımlı rayonunda kəndlərdən birinə ilk dəfə təbii qaz verilib


Martın 13-də Yardımlı rayonunun Bozayran kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə təntənəli mərasim keçirilib.
ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, tədbirdə Yardımlı rayon İcra Hakimiyyətinin, “Azəriqaz” İB-nin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 280 abonenti olan Bozayran kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 27000 metr uzunluğunda müxtəlif diametrli polietilen boru çəkilib, 280 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər uğurla davam etdirilir

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO