YAP Milli Şuranın prezidentliyə namizədini dövlət qurumlarını aldatmaqda ittiham edir

YAP Milli Şuranın prezidentliyə namizədini dövlət qurumlarını aldatmaqda ittiham edir

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlini dövlət qurumlarını aldatmaqda ittiham edib.
Trend-in məlumatına görə, bu gün İctimai Televiziyada keçirilən Azərbaycan prezidentliyinə namizədlərin ilk debatında prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Ə.Əhmədov C.Həsənli ilə bağlı sənəd nümayiş etdirərək onun təqaüdə çıxması məsələsinin müəmmalı olduğunu deyib.
Səlahiyyətli nümayəndə Azərbaycanda təqaüdə çıxma yaşının 63 olduğu halda, Cəmil Həsənlinin 2 il əvvəl rəsmən təqaüdə çıxdığını və keçmiş millət vəkili kimi ayda 2 min manat təqaüd aldığını deyib: “Müvafiq qurumlar Cəmil Həsənlinin rəsmi sorğusuna cavab verib və məlum olub ki, o, xəstəliyi ilə əlaqədar olaraq təqaüdə çıxıb. Cəmil Həsənlinin təqdim etdiyi arayışda onun yaxşı görmədiyi qeyd edilir. Amma indiyə qədər onu eynəkdə görən olmayıb. Bu isə onu deməyə imkan verir ki, Cəmil Həsənli dövlət qurumlarını aldadıb. Onun təqdim etdiyi arayışda yüngül, az iş saatı olan işdə işləməsinin mümkünlüyü vurğulanıb”.
Qarşı tərəf isə Ə.Əhmədovun söylədiklərinə münasibət bildirməyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO