Yalnız YAP və BAXCP MSK-ya yekun maliyyə hesabatı təqdim edib

Yalnız YAP və BAXCP MSK-ya yekun maliyyə hesabatı təqdim edibOktyabrın 15-də keçirilmiş prezident seçkilərində namizəd kimi iştirak edən şəxslərdən yalnız ikisi Mərkəzi Seçki Komissiyasına (MSK) yekun maliyyə hesabatı təqdim edib.
APA-nın məlumatına görə, bunlar Yeni Azərbaycan Partiyası (YAP) və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır (BAXCP). BAXCP sədrinin müavini Elçin Mirzəbəyli APA-ya bildirib ki, hesabatla bərabər dövlət büdcəsindən ayrılmış vəsaitin 12 ay müddətində geri qaytarılması üçün də qurum qarşısında öhdəlik götürülüb. Bitərəf namizəd Qulamhüseyn Əlibəyli, Böyük Quruluş Partiyasının (BQP) namizədi Fazil Qəzənfəroğlu, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) namizədi Fuad Əliyev, Ümid Partiyasının namizədi İqbal Ağazadə və Müasir Müsavat Partiyasının namizədi Hafiz Hacıyev də artıq hesabatı hazırlayıblar və bu günlərdə MSK-ya təqdim edəcəklər. F. Əliyev dövlət büdcəsindən ayrılan vəsaiti bir dəfəyə qaytarmağa çalışacağını, H. Hacıyev isə ümumiyyətlə qaytarmayacağını deyib. Digər namizədlər isə həmin vəsaiti hissə-hissə qaytaracaqları bildiriblər. MSK-nın maliyyə şöbəsindən APA-ya bildirilib ki, namizədlərin yekun maliyyə hesabatı təqdim etməsi üçün müəyyən olunmuş müddət noyabrın 3-də başa çatır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO