XİN: Türkiyənin Azərbaycana qarşı viza tətbiq edəcəyi gözlənilmir

XİN: Türkiyənin Azərbaycana qarşı viza tətbiq edəcəyi gözlənilmirTürkiyənin 2016-cı ilin iyun ayından etibarən Azərbaycana qarşı viza rejimi tətbiq edəcəyi gözlənilmir. Bu barədə Trend-ə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Nazirlikdən deyiblər ki, Türkiyənin ölkəyə gələn Azərbaycan vətəndaşlarına viza tətbiq edəcəyi haqqında məlumat XİN-ə daxil olmayıb və Azərbaycan vətəndaşlarına qarşı hər hansı viza dəyişikliyi ediləcəyi gözlənilmir.

Qeyd edək ki, bu gün Türkiyə KİV-lərində yer alan məlumata görə, 2016-cı ilin iyun ayından etibarən Avropa İttifaqının tələbinə əsasən Türkiyə Azərbaycan da daxil olmaqla 89 ölkəyə viza rejimi tətbiq edəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO