XİN: Türkiyə və Azərbaycan arasında münasibətlər bütün səviyyələrdə çox yaxşıdır

XİN: Türkiyə və Azərbaycan arasında münasibətlər bütün səviyyələrdə çox yaxşıdırTürkiyə və Azərbaycan arasında münasibətlər bütün səviyyələrdə çox yaxşıdır və bundan sonra da belə olacaq. Trend-in məlumatına görə, bunu Bakıda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib.

O, ötən gün Bakıda iki polisin öldüyü hadisələrlə əlaqədar başsağlığı verib: “Biz terrorun istənilən forma və təzahürünü pisləyirik”.

M.Çavuşoğlu qeyd edib ki, Azərbaycan və Türkiyə terrorla mübarizə məsələsində həmrəydirlər: “Hər iki ölkə artıq terror təhdidləri ilə üzləşib və onlara qarşı birgə mübarizə apara bilər”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO