XİN: Separatçı regionlar arasında vizasız rejimin tətbiqi qanunsuzdur

XİN: Separatçı regionlar arasında vizasız rejimin tətbiqi qanunsuzdurAzərbaycan Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və bu mövqe bir daha Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşündə qəbul edilmiş Tbilisi bəyannaməsində öz əksini tapıb.

Trend-in məlumatına görə, bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev tanınmamış Abxaziyanın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ” ilə vizasız rejimə keçməsi barədə sualı cavablandırarkən bildirib.

H.Hacıyev deyib ki, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qondarma rejim mövcuddur: “Ölkəmizin ərazisində viza rəsmiləşdirilməsi qaydaları AR-nın Miqrasiya məcəlləsi ilə tənzimlənir: “Bundan kənar hər hansı öz fəaliyyət qanundan kənardır. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin saytında səyahət xəbərdarlığı vardır. XİN Azərbaycan Respublikası vətəndaşlarını Gürcüstan Respublikası mərkəzi hökumətinin nəzarətində olmayan ərazilərə sözügedən ölkənin müvafiq qurumlarının icazəsi olmadan səfər etməməyə çağırır”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO