XİN: Rusiya Ermənistanın aldığı silahların istifadəsi barədə Bakıya məlumat verməyə hazırdır

XİN: Rusiya Ermənistanın aldığı silahların istifadəsi barədə Bakıya məlumat verməyə hazırdır“Rusiya tərəfindən Ermənistana və dost Azərbaycana istənilən silah tədarükü regionda sabit vəziyyətin saxlanılmasının vacibliyi nəzərə alınmaqla dəqiq həyata keçirilir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Trend-in Ermənistana silah satışı ilə bağlı Azərbaycanın Rusiyaya nota verməsi barədə sorğusunu cavablandırarkən deyib.

Onun sözlərinə görə, ümumilikdə Rusiya silah tədarükü məsələlərində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hər zaman riayət edir, RF qanunvericiliyində möhkəmləndirilmiş milli ixrac nəzarət sisteminin sərt çərçivələri üzrə hərəkət edir. Sonuncu yekun istifadəçinin sertifikatının formalaşdırılmasını nəzərdə tutur.

Ermənistan mətbuatının “Rusiya XİN Azərbaycanın notasını iki suveren dövlətin işlərinə qarışmaq cəhdi hesab edirmi” sualına isə M.Zaxarova mənfi cavab verib və əlavə edib ki, istənilən qonşu ölkənin qanuni hüququ var ki, bir-birinə yaxın ölkələrin hansı mövqedən çıxış etmələri barədə maraqlansın və hərbi-texniki əməkdaşlıq məsələsi də şəffaf olmalıdır: “Buna görə də biz hər zaman Azərbaycan tərəfinə diplomatik kanallar vasitəsilə bütün zəruri məlumatları təqdim edirik”.

Qeyd edək ki, Rusiya XİN-ə Azərbaycanın bu ölkəyə verdiyi notanın əsli hələ daxil olmayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO