XİN: Bakıda Azərbaycan, Rusiya və İranın xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək

XİN: Bakıda Azərbaycan, Rusiya və İranın xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcəkAzərbaycan, Rusiya və İranın xarici işlər nazirlərinin üçtərəfli görüşünün yaxın vaxtlarda Bakıda keçirilməsi nəzərdə tutulub.

Bu barədə Trend-ə Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, hazırda diplomatik kanallar vasitəsilə görüşün keçirilməsi tarixləri müəyyənləşdirilir: “Görüş əsnasında ikitərəfli və üçtərəfli əməkdaşlıq layihələri, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və digər qarşılıqlı faydalı əməkdaşlıq məsələləri müzakirə ediləcək”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO