XİN: Bakı Suriyada koalisiyada iştirak məsələsini müzakirə edir

XİN: Bakı Suriyada koalisiyada iştirak məsələsini müzakirə edirAzərbaycan Türkiyədə baş vermiş terror aktlarına görə dərin başsağlığını verir. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi görüşdən sonra jurnalistlərə deyib.

O bildirib: “Bizim bu məsələ ilə bağlı mövqeyimiz aydındır, biz terrorçuluğu onun bütün təzahürlərində qınayırıq”.

XİN rəhbəri əlavə edib ki, terror aktlı nəticəsində xəsarət almış azərbaycanlı vətəndaşlar barədə hazırda məlumat yoxdur.

O diqqətə çatdırıb ki, terrorçuluqla mübarizə məsələsi çox vacibdir və hazırda Azərbaycanın Suriyada antiterror İslam koalisiyasında iştirakı məsələsi müzakirə mərhələsindədir: “Bu məsələ ilə bağlı qərar qəbul edilməyib”.

E. Məmmədyarov vurğulayıb: “Biz regional və ikitərəfli münasibətləri, ölkələrimiz arasında mövcud olan strateji münasibətləti müzakirə etdik”.

Onun sözlərinə görə, tərəflər enerji əlaqələrini və Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu tikinti layihəsini müzakirə ediblər: “Biz inanırıq ki, BTQ bu ilin sonuna istismara veriləcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO