XİN: ABŞ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəkləyir

XİN: ABŞ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəkləyirAmerika Birləşmiş Ştatlarının xarici siyasəti federal hökumət tərəfindən müəyyən edilir. ABŞ tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi dəstəklənir.

Bunu Trend-ə Havay ştatının nümayəndələr palatasında qəbul edilmiş qərarı şərh edən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib: “Xatırlatmaq istərdim ki, ABŞ-dakı radikal erməni lobbisi 10 mart 2016-cı il tarixində bu məsələni ABŞ-ın Havay ştatının senatının gündəliyinə gətirməyə çalışsa da, uğursuzluqla üzləşdi. Belə ki, ştat senatı gündəliyə gətirilməsinə cəhd edilən anti-Azərbaycan xarakterli iki qətnaməni rədd etdi. Ştat Senatının rəhbərliyi 11 mart tarixində rəsmi bəyanat verərək, ABŞ siyasətinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək ifadə etdi və Havay ştat senatının bu qətnamələri qəbul etməyəcəyini diqqətə çatdırdı”.

XİN rəsmisi qeyd edib ki, bu uğursuzluqdan sonra təxribatçı və cılız əməllərini davam etdirən Ermənistan və ABŞ erməni lobbisi Havay ştatının yerli qanunverici orqanının nümayəndələr palatasına üz tutdu: “Bütün bunlar bir daha ona dəlalət edir ki, Ermənistanın danışıqlar prosesində iştirakı yalnız imitasiya və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyır. Ermənistanın əsl məqsədi işğal olunmuş Azərbaycan ərazilərinin ilhaq edilməsidir”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO