Xəzər dənizində nərə balıqlarının kommersiya ovuna moratoriumun tətbiq edilməsi haqqında Saziş razılaşdırılacaq

Bu gün Rusiya Federasiyasının Həştərxan şəhərində Xəzər dənizinin Su Bioresursları Komissiyasının 34-cü iclası öz işinə başlayıb. İclasda Xəzərətrafı ölkələrin balıqçılıq təsərrüfatı nazirliklərinin və komitələrinin rəhbər nümayəndə heyəti iştirak edir. Bu barədə Trend-ə Ekogiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Dekabrın 25-dək davam edəcək iclasda Azərbaycan nümayəndə heyətinə Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyev başçılıq edir.

Sessiyanın gündəliyinə ənənəvi xarakter daşıyan bir neçə məsələ qoyulub. İclasda Xəzəryanı ölkələr tərəfindən bioresurs ehtiyatlarının vəziyyəti, ümumi icazə verilən balıq ovu, balıqartırma və elmi məqsədlər üçün kvotaların mənimsənilməsi, həmçinin balıq ehtiyatlarının mühafizəsi üzrə məlumatlar təqdim olunur.

Sessiyada müzakirəsi nəzərdə tutulan əsas məsələlərdən biri də Xəzər dənizində nərə balıqlarının kommersiya ovuna moratoriumun tətbiq edilməsi haqqında Sazişin razılaşdırılması və Xəzər dənizinin Su Bioresursları Komissiyasının statusunun təsisatlararası səviyyədən yüksəldilərək hökumətlərarası status səviyyəsinə çatdırılmasında razılığın əldə edilməsidir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO