Vyetnamdan Azərbaycana təklif

Vyetnamdan Azərbaycana təklifVyetnam Azərbaycanla energetika sahəsində birgə layihələrin həyata keçirilməsində və ölkəmizin neft-qaz sahəsinə investisiya qoyuluşunda maraqlıdır. Bunu Trend-ə eksklüziv müsahibəsində Azərbaycanını Vyetnamdakı səfiri Anar İmanov deyib.

Səfirin sözlərinə görə, Vyetnam tərəfi Azərbaycanı birgə layihələrdə iştirak etməyə, o cümlədən neft-qaz yataqlarının birgə hasilatı, nüvafiq infrastrukturun inkişaf etdirilməsi, eləcə də elektrik stansiyalarının tikintisi sahəsində investisiyalar yatırmağa çağırır.

A.İmanov bildirib ki, Vyetnamın bir sıra iri şirkəti neft və informasiya texnologiyaları sahəsinə investisiya yatırmağa hazır olduğunu bəyan edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO