Viktor Zubkov da Bakıya gəlir

Viktor Zubkov da Bakıya gəlirMartın 10-11-də Bakı şəhərində keçiriləcək “Çoxqütblü dünyaya doğru” mövzusuna həsr edilən IV Qlobal Bakı Forumunda 2007-2008-ci illərdə Rusiya Baş nazirinin səlahiyyətlərini icra etmiş Viktor Zubkov da iştirak edəcək. Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri ilə bağlı məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, V.Zubkov 2001-2004-cü illərdə Rusiya Federasiyası maliyyə nazirinin birinci müavini, 2004-2007-ci illərdə Rusiyanın Maliyyə Nəzarəti Xidmətinin rəhbəri vəzifəsində çalışıb. O, 2007-2008-ci illərdə Rusiya Baş nazirinin səlahiyyətlərini icra edib, 2008-2012-ci illərdə Baş nazirin birinci müavini olub. V.Zubkov 2014-cü ildən etibarən Rusiya Prezidentinin Qaz İxrac edən Ölkələrlə Əməkdaşlıq Forumu üzrə xüsusi nümayəndəsidir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO