Venesuela: Vaşinqton neft bazarının sabitləşməsini istəmir

Venesuela: Vaşinqton neft bazarının sabitləşməsini istəmirVenesuela Prezidenti Nikolas Maduro hesab edir ki, ABŞ dünya neft qiymətlərinin stabilləşməsinə dair OPEK və digər neft hasil edən ölkələr arasındakı razılaşmanın qarşısını almağa çalışır. Bu barədə Trend Reuters-ə istinadən xəbər verir.

N.Maduro Vaşinqtonu neft bazarının stabilləşməsinə dair razılaşmanı pozmağa yönəlmiş hərəkətlərdə təqsirləndirir: “Bunun üçün ABŞ ölkə liderlərinə təzyiq göstərir”.

Qeyd edək ki, OPEK-in iştirakçı ölkələrinin və digər dövlətlərin neft hasilatının həcmini yanvar səviyyəsində “dondurmaq” üzrə görüşü aprelin 17-də Dohada keçiriləcək. Bu görüşdə Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO